Bakı-Qazax yolunda ağır qəza: 19 yaralı


Digərləri 11 Avq 2019 09:12:00 164 0

Bakı-Qazax yolunda ağır qəza: 19 yaralı

Kürdəmir- Şirvan avtomobil yolunda ağır yol qəzası baş verib

Bakı. Samir Əli - Kürdəmir- Şirvan avtomobil yolunda ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, avtomobil yolunda hərəkətdə olan iki avtobus və bir minik avtomobili toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 19 nəfər müxtəlif xəsarət alıb. Yaralılardan 10 nəfər Şirvan rayon Mərkəzi Xəstəxanasına, 9 nəfər isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.