Türkiyədə iki avtomobil toqquşub: ölən var


Dünya 11 Avq 2019 08:49:00 190 0

Türkiyədə iki avtomobil toqquşub: ölən var

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəza Düzce-Yığılca yolunda baş verib. Toqquşmadan sonra avtomobillərdən biri dərəyə düşüb.

Hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürmə briqadası göndərilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Yolda hərəkət bir müddət dayandırılmışdı. Prokurorluq qəza ilə əlaqədar istintaqa başlayıb.