İş yoldaşını öldürmək istədi, kameraya düşdü VİDEO


Digərləri 11 Avq 2019 05:30:00 224 0

İş yoldaşını öldürmək istədi, kameraya düşdü  VİDEO

Rusiyada bir kişinin həmkarını öldürməyə cəhd anı kameraya düşüb.

Son.az ölkə.az-a istinadən bildirir ki, Stavropolda bir adam keçmiş həmkarını öldürmək üçün bıçaqla ofisə girib. 9 avqust, cümə günü baş verən hadisənin videosu Rusiya İstintaq Komitəsinin "WhatsApp"dakı qrupunda yayımlanıb.

Görüntülərdə bir insanın keçmiş həmkarının otağına necə girdiyini, ona hücum etdiyini və bıçaqladığını göstərir. Hücuma məruz qalan çətinliklə olsa da qaçır və dərhal həmkarları köməyə gəlir. Hadisədən sonra zərərçəkən mədəsində dörd bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Günahkar nəzarətə alınıb. Səbəb isə şəhərin idarəetmə şirkətlərindən birində birgə iş zamanı onlar arasında yaranmış pis münasibət olub.

(adsgarden = window.adsgarden || []).push({});