Qəfil karlığa aparan xəstəliklər –


Digərləri 10 Avq 2019 23:25:00 266 0

Qəfil karlığa aparan xəstəliklər –

Mütəxəssislər  anidən eşitmə qabiliyyətinin itirilməsinə diqqət çəkir. Onların sözlərinə görə, bu problemə şəkər, yüksək təzyiq, xolesterin və yuxarı tənəffüs yolu iltihabı keçirənlərdə  müşahidə edilir.

Son.az medicina.az-a istinadən bildirir ki, bu barədə türkiyəli həkim Servet Karaca danışıb.   Qulaq-burun-boğaz mütəxəssisi Dr. Servet Karaca deyir ki, sinirlə əlaqəli olan problemlərdə 3 günlük karlıq olur. Daha çox müddət davam etsə, mütləq təcili müayinə lazımdır.      Anidən eşitmənin itirilməsinin səbəbləri "İlkin olaraq damarlarda yaranan problem, yüksək təzyiq və xolesterindir. Bu zaman insanlarda damar tıxanması meydana gəlir. Qulağa gedən damarlarda tutulma olan kimi eşitmə zəifləyir, hətta tamamilə karlıq da ola bilir. Bundan başa xroniki böyrək çatışmazlığı olan adamlarda dializdən sonra karlıq olur. Bu bəzən müvəqqəti olmaya bilir.   Dad və iy bilmə qabiliyyətinin itirilməsi Həkim bildirib ki, ikinci səbəb isə yuxarı tənəffüs yolu iltihabıdır: "Nə vaxtsa bu problemlə üzləşmisinizsə, yaxın müddətdə karlıqla bağlı risk daşıyırsınız. Meningit, qulaqdibi, qızılca, suçiçəyi kimi xəstəliklər müvəqqəti eşitmə probleminə yol aça bilər. Bu dad və iy bilmə qabiliyyətini də zəiflədir. Hətta  bəzən müvəqqəti itir. Təcili həkimə müraciət etmək lazımdır. Əks halda fəsadları ağır ola bilər".     B12 VİTAMİNİ ÇATIŞMAZLIĞINA DİQQƏT   Səbəbi bilinməyən ani eşitmə problemi sıxlıqla müşahidə edilir. Həkimin sözlərinə görə, konkret səbəb tapılmır.  "Həqiqətən də səbəb tapılmır. Amma bu hadisələrdə əksərən virusların səbəb olduğu təsdiqlənir. Digər tərəfdən, sinir şişlərinin tarazlığı (eşitmə sinirini sıxaraq), beyin şişləri, eşitmə sinirinin əzilməsi və ya yıxılma nəticəsində travma və ya daxili qulaqda zədələnmə, B12 vitamini çatışmazlığı eşitmə itkisinə yol açır. Bütün səbəbləri nəzərə alaraq həmin xəstələr xəstəxanaya yerləşdirilməli və sistematik çoxsaylı müalicə almalıdırlar".

(adsgarden = window.adsgarden || []).push({});