Sizdə tromb olduğunu göstərən 6 əlamət –


Digərləri 10 Avq 2019 22:35:00 240 0

Sizdə tromb olduğunu göstərən 6 əlamət –

Dünyada infarkt, insult, ürək tutmaları və emboliyaların əsas səbəbi damarın tromvla tıxanmasıdır. Tromb qan laxtasının daha bərk formasıdır. Əgər siz vaxtından əvvəl bədəninizdə tromb təhlükəsi olduğunuzu bilsəniz, özünüzün və doğmalarınızın həyatını qurtara bilərsiz.

Son.az medicina.az-a istinadən bütünlükdə sizdə tromb olduğunu göstərən 6 əsas simptomu təqdim edir.

1.Aşağı ətraflardan birinin şişməsi, ödemi

Bu vəziyyət dərin venalarda tromboz olanda baş verir. Nəticədə bədənin müəyyən hissəsinə qan axını pozulur, qan dövranı pozulur və həyati vacib daxili orqanlar oksigenlə təmin olunmur.

2.Ayaqlarda ağrılar

Trombozun ümumi əlamətlərindən biri də ayaqlarda uyuşma, sanki qarışqa gəzməsi, iynəbatırma hissi, ağırlıq, müntəzəm ağrılardır. Ona görə ayaqlarda istənilən şiş, ağrı, göyərmə və s. diqqətli olun.

3. Dəridə qəribə qırmızı xətlər, sahələr

Göyərmə trombun əlamətidir. Bunu çoxu bilir. Amma qırmızı xətlər, sahələr və venalara paralel belə qızartılar, adi dəri qızarması deyil. Bu, göyərmədən də təhlükəlidir. Belə halda dərhal həkimə müraciət edin.

4.Döş qəfəsində dərin nəfəs almada ağrı

Əgər dərin nəfəs alıb verərkən sinədə ağırlıq, ağrı hissi varsa, bu o deməkdir ki, qatı qan kütlələri artıq ağciyərləri təmin edən iri damarlara doğru gedir. Bu əlamət ölümcül təhlükədən xəbər verir. Yəni istənilən vaxt tromb nəfəsi tıxaya bilər. Təcili həkimə getməlisiz

(adsgarden = window.adsgarden || []).push({});