Myanmada sürüşmə nəticəsində 40dan çox adam ölüb


Dünya 10 Avq 2019 22:02:00 225 0

Myanmada sürüşmə nəticəsində 40dan çox adam ölüb

Myanmanın cənub-şərqindəki Mon ştatında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Sinxua" agentliyi bildirib.

Məlumata əsasən, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, güclü yağışlar torpaq sürüşməsinə səbəb olub. Yağışa görə bir neçə kəndi su basıb, bir sıra məktəblər müvəqqəti bağlanıb.