Bəzən çürük süd dişini saxlamaq lazımdır –


Digərləri 10 Avq 2019 22:05:00 553 0

Bəzən çürük süd dişini saxlamaq lazımdır –

Dişlər ağız boşluğunda yerləşən çox vacib orqanlardandır.

Orqanizmin baryeri funksiyasını daşıyan dişlər insan ömrünün sonunadək  öz  funksiyasını yerinə yetirir. 6-cı ayda çıxan süd dişləri  7-8 yaşlarında tökülüb daimi dişlərlə əvəzlənir.

Süd dişləri müvəqqəti dişlər hesab olunsa da, onların sağlamlığı çox böyük əhəmiyyət daşıyır. Lakin bəzən elə olur ki, uşaqlarda vaxtından əvvəl çürüyən süd dişlərini çıxararaq məsələnin həll edildiyini düşünürük.

Son.az medicina.az-a istinadən bildirir ki, bu məsələ ilə bağlı stomotoloq Niyamməddin Daşdıyev sualları cavablayıb:

- Süd dişləri özü düşməlidir, yoxsa stomatoloq tərəfindən çəkilməlidir?

- Əslində, süd dişləri vaxtı çatdıqda özləri düşür. Lakin bəzən elə olur ki, daimi dişlərin inkişafının başlamasına baxmayaraq, bu dişlər kənar müdaxilə olmadan düşmür. Eyni diş yuvasında həm süd dişinin, həm də daimi dişin olması isə təbii ki, dişlərin əyilməsinə səbəb olur. Belə olan halda daimi dişin inkişafına mane olmaması üçün süd dişinin kənarlaşdırılması labüddür. Əksinə, bu dişin ağızda saxlanması daimi dişin əyilməsinə  və hətta çürüməsinə gətirib çıxara bilər.   

- Süd dişlərini nə zaman müalicə edirlər?

(adsgarden = window.adsgarden || []).push({});