İnsan qənaəti necə əldə edir?


Digərləri 10 Avq 2019 21:15:00 182 0

İnsan qənaəti necə əldə edir?

İnsanın cəmiyyətdə iftixar və izzətə sahib olmağına səbəb olan amil - qənaətdir. Qənaət səbəb olar ki, insan dünyaya qarşı həris və tamahkar olmasın. Hərislik, tamahkarlıq, dünyaya olan sevgi səbəb olar ki, insan dünya malı əldə etmək üçün hər bir işə əl atsın. Özünü hər kəsin qarşısında zəlil və alçaq etsin. Bunun əksi olan qənaət isə insanı izzətli və başıuca edər.

Bəs insan qənaəti necə əldə edir?

Son.az deyerler.org-a istinadən bildirir ki, ağıl - insanın qənaətcil olmasına təsir qoyan böyük amildir. İmam Əli (ə) buyurur: "Hər kim müdrik olar, qənaət edər". Ağıl qənaəti dəyərli xüsusiyyətlərinə görə bəyənir və təşviq edir. O cümlədən insanın başqasından ehtiyacsız olması, insanın çətinkliklərə səbir etməsi və dözməsi kimi. İnsan zahirdə maddi imkanından az istifadə etsə də, ancaq qənaətin aqibətinə görə bu əməl ağıl tərəfindən bəyənilir.

İmam Əli (ə) buyurur: "O kəs ki, özünü tanıyar, layiqlidir ki, qənaət və iffətlə birlikdə olsun".

İnsanın qənaət etməsinə səbəb olan amillərdən biri də iffətidir. İffətli insan bir çox işləri görməyə qadirdir, ancaq ondan çəkinər. Nəfsinin yüyənini möhkəm saxlayar. İffətin gətirdiyi səmərələrdən biri qənaətdir. İffətli insan ifrat etməz və həddi aşmaz. İmam Əli (ə) buyurur: "İffətin səmərəsi - qənaətdir".

Qənaətə səbəb olan amillərdən biri də ölümü yada salmaqdır. Ölümü yada salmaq dünya sevgisini aradan aparar. İmam Əli (ə) buyurur: "Hər kim ölümü çoxlu yada salar, dünyanın az miqdarına razı olar".

Qənaətin gətirdiyi səmərələr:

1. İzzəti-nəfs. Tamah insan nəfsini zəlil edər. İmam Əli (ə) buyurur: "Tamahkarlıq - həmişəlik qul olmaqdır". Həzrət Əli (ə) başqa yerdə buyurur: "O kəs ki, canını tamahkarlıqla örtər, özünü alçaq etmiş olar. O kəs ki, çətinliklərinin sirrini aşkar edər, xar olmasına razı olar. O kəs ki, dilini özünə hakim edər, özünü dəyərsiz etmiş olar".

(adsgarden = window.adsgarden || []).push({});