Peyğəmbərimiz İmam Hüseynin (ə) zəvvarlarına nə vəd edib?


Digərləri 10 Avq 2019 21:10:00 196 0

Peyğəmbərimiz İmam Hüseynin (ə) zəvvarlarına nə vəd edib?

Məsumların (ə) hərəmlərini ziyarət etməyin savabı böyükdür. Bəs biz ziyarət etməyin yolları necədir?

Məsumların (ə) hərəmlərini ziyarət etməyin fəziləti.

Son.az deyerler.org-a istinadən bildirir ki, belə bir hədis vardır ki, bir gün Peyğəmbər (s) əyləşmişdi. Həzrət Əli (ə), Həzrət Fatimə (s.ə), Həzrət Həsən (ə) və Həzrət Hüseyn (ə) onun ətrafında əyləşmişdilər. Allahın Rəsulu (s) buyurur: "Qəbirlərinizin dağınıq olmağı sizcə necə olacaq?". İmam Hüseyn (ə) buyurdu: "Biz təbii ölümlə öləcəyik, yoxsa öldürüləcəyik?". Buyurur: "Sən, ey mənim övladım, zülmlə öldürüləcəksən. Qardaşın da zülmlə öldürüləcəkdir. Övladlarınız yer üzərində dağınıq və səpələnmiş halda olacaqdır". İmam Hüseyn (ə) buyurdu: "Ey Allahın Rəsulu! Bizi kim öldürəcəkdir?". Buyurur: "Ən pis insanlar". Ərz edir: "Öldürüləndən sonra bizi kimsə ziyarət edəcəkdirmi?". Peyğəmbər (s) buyurur: "Bəli, oğlum. Mənim ümmətimin bir qrupu sizi ziyarət edərək, mənim yaxşılığımı və ehsanımı istəyərlər. Qiyamət günü olanda bu qrupun yanına gələcəyəm və onların çiynindən tutub, onları çətinliklərdən və qorxudan xilas edərəm".

O Həzrət Əli ibn Əbutalibə (ə) buyurur: "Allaha and olsun ki, öldürüləcəksiniz. İraq torpağında dəfn olunacaqsınız". İmam (ə) buyurur: "Ya Rəsulullah! Bizim qəbirləri ziyarət etməyin mükafatı nədir, hər kim onları abad edərsə, cəzası nədir?". Buyurdu:"Ey Əbəl Həsən! Həqiqətən Allah Təala sənin və övladlarının qəbrini behişt meydanlarında qərar vermişdir və Allah yaradılanlardan və seçilmişlərdən qəlbləri sizə tərəf meylli edər, sizə görə əziyyətə dözərlər. Sonra da qəbirlərinizi abad edərlər. Onların Allaha yaxın olmasına görə, Allahın Rəsuluna (s) və Həzrət Əliyə (ə) dostluğuna görə mənim şəfaətimin xüsusi insanlarıdır və onlar sabahısı gün məni behiştdə ziyarət edəcəklər".

(adsgarden = window.adsgarden || []).push({});