İslam dininin idmana münasibəti


Digərləri 10 Avq 2019 20:50:00 245 0

İslam dininin idmana münasibəti

Mübarək dinimizin nəzərinə görə, əgər bədən sağlam olarsa, ruh da sağlam olar. Bədəni sağlam saxlamaq üçün isə düzgün qidalanmağa və idmana xüsusi diqqət göstərmək lazımdır.

Həzrət Peyğəmbər (s) buyurur: "O mömin ki, güclü və qüvvətlidir, zəif mömindən daha çox sevilən və bəyəniləndir".

Dinimiz ruhumuzun sağlamlığına diqqət göstərdiyi kimi, bədənimizin da sağlamlığına böyük əhəmiyyət verir. Onun gigiyenasından tutmuş, qidalanmasına qədər qaydalarını və şərtlərini təyin edir. Buyurur ki, hər kim bu şərtlərə əməl etsə, həm bədəni sağlam qalar, həm də ruhu.

Bu şərtlərdən biri də bədəni idmana adət etdirməkdir. Əgər bədən hərəkət edərsə və idmanla məşğul olarsa, daha sağlam və gümrah olar.

Çox təəssüf ki, müasir zamanda oturaq iş həyatı çoxalmaqdadır və insanlar hərəkətsizlik və sağlam olmayan qidaların sayəsində bədənlərini qoruya bilmirlər. Ancaq əgər həftədə iki və ya üç dəfə idman üçün vaxt ayıra bilsələr, bu zaman bir çox xəstəliklərin qarşısını almış olarlar.

O zaman ki, Yusifi (ə) qardaşları özləri ilə düzənliyə aparmaq istəyirdilər, atası Yəqub (ə) əvvəl etiraz etsə də, övladının istirahət etməsi və qardaşları ilə müsabiqədə iştirak etməsi üçün icazə verir.

"Onu sabah bizimlə göndər ki, çəmənlikdə gəzib dolansın və oynasın və biz onu mütləq qoruyacağıq". ("Yusif" 12).

(adsgarden = window.adsgarden || []).push({});