Məmurların əxlaqı necə olmalıdır?


Digərləri 10 Avq 2019 20:55:00 203 0

Məmurların əxlaqı necə olmalıdır?

İslam dini cəmiyyətin böyük məsuliyyətini İlahi nemət kimi məmurların çiyninə qoymuşdur. Ona görə də məmur gərək bu məsuliyyəti dərk edib, onu ən yüksən bacarıqla artıq yerinə yetirsin.

Dinimiz buyurur ki, müsəlman məmurun ilk üstün keyfiyyəti - onun təqvalı olmasıdır.Təqvalı insan həm özünə və həm də ətrafında olanlara qarşı məsuliyyətli olur və bu nemətin qədrini bilir.

Son.az deyerler.org-a istinadən bildirir ki, məmurun başqa bir sifəti - insanlara qarşı xeyirxah olmasıdır.

Təqvalı olduğu üçün istəyər ki, özü üçün bəyəndiyini başqaları üçün də bəyənsin. Özü üçün istəmədiyini başqaları üçün də istəməsin. Daima onlara xidmət etmək üçün səy göstərsin.

İmam Əlinin (ə) məmurlara əxlaqı tövsiyələri vardır ki, onlarla tanış olaq:

"1. Öz nəfsinin gözətçisi ol.

2. İnsanlara salam verməkdə və mehribanlıq etməkdə səhlənkarlıq etmə.

3. Qanadlarını insanların üzərinə aç və onlarla mehriban ol.

4. Sənin çiynində olan iş qənimət deyildir, əslində əmanətdir ki, çiyninə qoyulmuşdur.

5. Səndən vəzifədə böyüklərə itaət et ki, səndən vəzifədə aşağıda olanlar sənə itaət etsinlər.

(adsgarden = window.adsgarden || []).push({});