Çində şiddətli qasırğa 22 nəfərin həyatına son qoyub


Dünya 10 Avq 2019 20:31:00 217 0

Çində şiddətli qasırğa 22 nəfərin həyatına son qoyub

Çində "Lekima" qasırğası azı 22 nəfərin həyatına son qoyub, daha 10 nəfər itkin düşmüş hesab olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, güclü yağışlar Vençjou şəhərində dağ uçqununa gətirib çıxarıb. Qaya parçalarının çay axınının qarşısını kəsməsi nəticəsində 120-yə yaxın insan suların əhatəsində qalıb. Axtarış-xilasetmə işlərinə yüzlərlə polis və yanğınsöndürən cəlb edilib.

Bu il sayca doqquzuncu qasırğa Çin sahillərinə avqustun 10-da yerli vaxtla saat 1:45-də yetişib. Küləyin maksimal sürəti saniyədə 52 metrə çatıb. Qasırğa ilə bağlı ən yüksək - "qırmızı" həyəcan səviyyəsi elan olunub.