İnsanın yuxusu hansı amillərdən asılıdır?


Digərləri 10 Avq 2019 20:10:00 235 0

İnsanın yuxusu hansı amillərdən asılıdır?

İnsanın yuxu görməsinə təsir edən amillər çoxdur. Onlardan bəzisi də bədən amilləridir. Misal üçün, əgər insan yuxuda dişindən qan gəlməsini görürsə, sonralar məlum olur ki, bədənində S vitamini çatışmır. Və ya başqa yuxular bədəndə D vitamininin çatışmamasına görə olar. Gördüyümüz hər bir yuxuya yedimiz yeməklər, gün ərzində baş verən hadisələr, ehtiyaclarımız olan şeylər təsir qoyur.

Son.az deyerler.org-a istinadən bildirir ki, ruhun sağlam olması da yuxuya təsir qoyan başqa amillərdəndir. Əgər insan, ruhi xəstəlikdən əziyyət çəkirsə həkimlər onu yuxu vasitəsilə müalicə etməyə çalışırlar. Onlar həmin insanın yuxusu vasitəsilə başa düşürlər ki, bu insanın xəstəliyi hansı həddədir.

Əslində bizim yuxu görməyimiz bütün batini bədən qüvvəsinin sayəsində baş verər. Bizim zahiri hisslərimiz vardır ki, gün ərzində bizim daxilimizə müxtəlif enerjilər ötürür, həmçinin müştərək hisslərimiz vardır ki, onlar bizim batini hisslərimizi bir-biri ilə birləşdirir.

Bu batini hisslər bir-biri ilə həmahəng olan zaman mən ətrafımda olan əşyaların sifətlərini görüb, dərk edə bilirəm. Sonra bu hisslər xəyalımda toplanar və yuxu aləmində özünü göstərər.

Əlbəttə, əgər insan oyaq vaxtı hisslərinə nəzarət etməsə, yuxuları pərişan olar.

İbrahim Xəlil (ə) yuxu görən zaman təfsir və yozuma ehtiyacı qalmazdı.

"Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: "Oğulcığazım! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs bax (gör) nəzərin nədir?".

(İsmail) dedi: "Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!"". ("Saffat" 102).

(adsgarden = window.adsgarden || []).push({});