Gədəbəydə kafe yanıb


Digərləri 10 Avq 2019 20:02:26 280 0

Gədəbəydə kafe yanıb

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı. Gədəbəydə kafe yanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Gədəbəy rayonunda ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli 5 otaqlı kafenin 2-ci mərtəbəsində bir otağının tavanı 4 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.