Ömür sərmayəsi üçün ən üstün tətbiq


Digərləri 10 Avq 2019 19:45:00 259 0

Ömür sərmayəsi üçün ən üstün tətbiq

Ticarətin ən mühüm, ən mənalı növlərindən biri də axirət ticarətidir. Bəzən belə bir tacir dünyasını axirətinə satar. Bəzən də əksinə olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Ən faydalı insanlar o kəslərdir ki, dünyalarını satar və əvəzində axirətlərini satın alarlar".

Əlbəttə, burada söhbət ömür sərmayəsindən gedir. Hər kim ömür sərmayəsini axirəti üçün xərcləyər - ən faydalı insanlardan hesab olunar və nicat tapar. Ancaq əksinə, hər kim ömür sərmayəsini ancaq dünyası və dünya rifahı üçün xərcləyər, axirətini unudar - o, ən çox ziyan edənlərdən olar.

İmam Əli (ə) başqa yerdə buyurur: "Hər kim özünü behiştdən qeyrisinə satar - özünə zülm etmiş olar".

Bu ticarətdəki satılan mal - özündən keçmək və nəfsinin hakimi olmaq, dünya ləzzətlərini tərk etmək, saleh əməllərlə məşğul olmaqdır. Çünki bu bazarda ancaq belə malların alıcısı vardır.

(adsgarden = window.adsgarden || []).push({});