Qırğızıstanda Atambayevin aparatının keçmiş rəhbəri həbs edilib


Digərləri 10 Avq 2019 19:41:00 186 0

Qırğızıstanda Atambayevin aparatının keçmiş rəhbəri həbs edilib

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin aparatının keçmiş rəhbəri, onun ən yaxın müşaviri Fərid Niyazov girov götürməsinə görə oktyabrın 8-dək həbs edilib

Bakı. Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin aparatının keçmiş rəhbəri, onun ən yaxın müşaviri Fərid Niyazov girov götürməsinə görə oktyabrın 8-dək həbs edilib. Trend-in məlumatına görə, hakim, F.Niyazovun oktyabrın 8-dək istintaq təcridxanasında saxlanılmasına dair qərar verib. Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb.