Niyə Cəməratda şeytana (lən) üç tərəfdən daş atırlar?


Digərləri 10 Avq 2019 19:10:00 263 0

Niyə Cəməratda şeytana (lən) üç tərəfdən daş atırlar?

Mina torpağında hacıların şeytana üç tərəfdən daş atmalarının səbəbi nədir? O zaman ki, İbrahim (ə) peyğəmbər yuxuda görür ki, Allah ona İsmayili (ə) qurban etməsini əmr edir, İsmayilə (ə) bu haqda heç bir şey demir. Sadəcə buyurur ki, kəndir və bıçaq götürüb, onunla dərəyə gəlsin ki, bir qədər odun toplasınlar.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu zaman şeytan (lən) qoca kişi simasında İbrahimə (ə) zahir olur və İbrahim (ə) onu tanıyır və qovur. Şeytanın (lən) vəsvəsəsi Həzrət İbrahimə (ə) təsir etmir.

Bu zaman İsmayilin (ə) yanına gəlir və atasının onu öldürəcəyini söyləyir. İsmayil (ə) buyurur: "Nə üçün?". Şeytan (lən) deyir: "Belə hesab edir ki, Allah ona bu işi əmr etmişdir". Ismayil (ə) deyir: "Əgər Allahın əmri olarsa, qəbul edəcəyəm".

Şeytan (lən) bu dəfə vəsvəsə üçün İsmayilin (ə) anası Həcərin yanına gəlir və olanları ona deyir. Həcər buyurur: "İbrahimin (ə) İsmayilə (ə) olan əlaqəsi onu bu işdən saxlayar". Şeytan (lən) deyir: "O, xəyal edir ki, Allah ona əmr etmişdir". Həcər deyir: "Əgər Allah deyibdirsə, biz Ona təslimik".

(adsgarden = window.adsgarden || []).push({});