Behiştin dərəcələri Quran ayələrinin sayına görədir


Digərləri 10 Avq 2019 19:20:00 247 0

Behiştin dərəcələri Quran ayələrinin sayına görədir

Məsum İmamlar (ə) Quranı hifz etməyi həmişə tövsiyə etmiş və onun gətirdiyi xüsusi mənəvi məqamdan söz açmışdılar.

İmam Sadiq (ə) buyurur: "Quranın hafizi ki, ona əməl edər, mələklərlə oturub-qalxacaqdır". Çünki o zaman ki, bir Quran hafizi mələklərin etdiyi əməllərə oxşar əməllər edər, onlarla bir yerdə və eyni dərəcədə olar. (Tebyan)

İmam Əli (ə) buyurur: "Quranı tilavət edin və onu yadınızda saxlayın. Çünki Allah Təala Quranın olduğu qəlbə əzab verməz".

Son.az deyerler.org-a istinadən bildirir ki, Quranı hifz etmək insanı vəhyə əməl etməyə və onun mərifətindən bəhrələnməyə sövq edər. Nəticədə cəhənnəm atəşindən amanda qalar. Həzrət Peyğəmbər (s) buyurur: "Əgər Quran dəridə olarsa, atəş ona çatmaz".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, Quranı əzbərdən oxuyar, və güman edər ki, Allah Təala onu bağışlamaz, İlahi ayələri məsxərə edənlərin sırasında yer tutar".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, Quranı (o qədər ) oxuyar ki, onu hifz edər, Allah onu behiştə daxil edər. Ailəsinin on üzvünə ki, atəş onlara vacib buyurulmuşdu, Allah şəfaətini qəbul edər".

(adsgarden = window.adsgarden || []).push({});