Benzin daşıyan maşın partladı:


Dünya 10 Avq 2019 18:56:00 233 0

Benzin daşıyan maşın partladı:

Tanzaniyanın şərqindəki Moroqoro şəhərində benzin daşıyan maşının partlaması nəticəsində 57 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, daha 65 nəfər yaralanıb.

Partlayış maşın aşdıqdan sonra baş verib. Qeyd olunur ki, həlak olanlar arasında yanacağın sızmasının qarşısını almaq üçün hadisə yerinə cəlb olunan xüsusi xidmət nümayəndələri də var.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.