Cəlilabadda ev yanıb


Digərləri 10 Avq 2019 18:38:00 227 0

Cəlilabadda ev yanıb

Cəlilabad rayonunun Ocaqlı kəndində ümumi sahəsi 136 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 116 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.