İranda kanalizasiya qazından 9 nəfər zəhərləndi - 3 ölü


Digərləri 10 Avq 2019 18:28:09 225 0

İranda kanalizasiya qazından 9 nəfər zəhərləndi - 3 ölü

İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətinin Bircənd şəhərində kanalizasiyada yaranan qaz nəticəsində 9 nəfər zəhərlənib

Bakı. Elnur Bağışov - İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətinin Bircənd şəhərində kanalizasiyada yaranan qaz nəticəsində 9 nəfər zəhərlənib. Trend-in məlumatına görə, bunu Bircənd meriyasının fövqəladə hallar idarəsinin icra direktoru Əli Hüseyni deyib. Ə.Hüseyninin sözlərinə görə, 4 mərtəbəli binanın zirzəmisində yaşayan ailə kanalizasiyaya xlor töküb. Nəticədə kanalizasiya quyusunda metan və digər öldürücü qazlar artıb. 3 nəfər həlak olub, biri komadadır.