Sumqayıtda mebel sexi yanır


Digərləri 10 Avq 2019 17:46:00 298 0

Sumqayıtda mebel sexi yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhəri, 18-ci mikrorayonda mebel sexində yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Son.az-a nazirlikdən məlumat verilib.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.