Arvadın xalatında gizlətdiyi telefonu düşdü, kişilərlə yazışmaları üzə çıxdı


Kriminal 10 Avq 2019 17:33:00 60 0

Arvadın xalatında gizlətdiyi telefonu düşdü, kişilərlə yazışmaları üzə çıxdı

Bakı Apellyasiya Məhkəməsində Tural Kazımovun (1988-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Son.az xəbər verir ki, ötən il iyunun 20-də Bakı ş. sakini Tural Kazımov Suraxanı r/n 32-ci polis bölməsinə təslim olaraq arvadı Maya Xeyrişlini (1991-ci il təv.) qısqanclıq zəmnində öldürdüyünü bildirməklə, qadının istifadəsində olmuş mobil telefonu polislərə təqdim edib. Araşdırma zamanı, telefonun müvafiq bölməsində çoxlu sayda oğlan adlarının olması, elə həmin gün Tural Abbasov soyadlı şəxsdən sms və 1 dəfə zəng gəlməsi müəyyən edilib. Hadisə yerinə baxış zamanı məlum olub ki, cinayət Qaraçuxur qəsəbəsi, E.Bəkirov küçəsindəki 33 №i evdə baş verib. Maya Xeyrişlinin meyiti mətbəx otağında aşkar edilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Maya Xeyrişlinin ölümünə - boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub. İstintaqla müəyyən edilib ki, Tural Kazımov axşam saat 20 radələrində işdən yaşadığı evə gəlib, mətbəx otağında kresloda əyləşib. Arvadı oturduğu divandan, yerdə olan paltarları əyilib, götürərkən, xalatının açıq qalan ön hissəsindən "Huawei" markalı mobil telefon düşüb. Bunu görən Tural dərhal telefonu yerdən götürüb. Həmin nömrəyə Tural adlı şəxsdən zəng gəlib, o cavab verdikdə sonuncu əlaqəni kəsib. Kazımov naməlum şəxsin kim olması, onun mobil telefon işlətməsinə qadağa goyduğu halda nə vaxtdan gizlincə telefon işlətməsi ilə bağlı Mayanı sorğu-sual edib. Yoldaşı cavab vermədiyindən, onun xəyanət etməsinə əmin olub, bu səbəbdən qısqanclıq zəmnində divanda oturan qadının boğazını əlləri ilə tutub, sıxmaqla qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilən Tural Kazımov 2006-cı ildə Maya Xeyrişli ilə ailə həyatı qurduğunu, həmin nigahdan üç övladı olduqlarını bildirib. Arvadı heç yerdə işləməyib, özü xırda ticarətlə məşğul olub. Mayaya telefon işlətməyə icazə verməyib. Həmin axşam həyətdə oynayan uşaqların, mübahisə etmələrini görməməsi üçün, mətbəx otağının qapısını içəridən bağlayaraq, pəncərənin pərdəsini çəkib. İlk olaraq yoldaşını oturduğu yerdə sinəsindən tutub, silkələyərək telefonun haradan çıxmasını və həmin şəxsin kim olmasını soruşub, lakin sonuncu cavab verməyib. Hirsləndiyindən əlləri ilə boğazından sıxıb ki, cavab versin. 1-2 dəqiqə keçəndən sonra arvadının əlində halsızlaşdığını görüb, dərhal əlini boğazından çəkib. Maya ağzı üstə döşəməyə yıxılıb.Sonra qardaşı Vüsala və Məhəmmədə zəng vurub, Mayanı öldürdüyünü bildirərək, evə gəlmələrini deyib. Məhəmməd evə gəlib təcili yardıma zəng vurub, həkimlər gələrək arvadının öldüyünü təsdiq ediblər. Sonra Vüsalla birlikdə bölməyə gedib. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə T.Kazımov 10 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən dövlət ittihamçısı protest, məhkum isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.(Publika.az)


Xəbərə aid fotolar

Sumqayıtda mebel sexi yanır like
  • 10 Avq 17:31  
Digərləri Sumqayıtda mebel sexi yanır

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

arrow Ətraflı
Fransanın böyük hisssəsi işıqsız qalıb like
  • 10 Avq 17:26  
Dünya Fransanın böyük hisssəsi işıqsız qalıb

Fransada 15 mindən çox ev elektriksiz qalıb.

arrow Ətraflı
Moskvada etiraz aksiyası like
  • 10 Avq 17:20  
Dünya Moskvada etiraz aksiyası

Rusiyanın Moskva şəhərində şəhər meriyası ilə razılaşdırılmış et

arrow Ətraflı
Cəlilabadda ev yanıb like
  • 10 Avq 17:14  
Digərləri Cəlilabadda ev yanıb

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

arrow Ətraflı
Rusiyada qvardiyaçılara atəş açıldı: like
  • 10 Avq 17:13  
Dünya Rusiyada qvardiyaçılara atəş açıldı:

Rusiyanın Tümen şəhərində naməlum şəxs Federal Milli Qvardiya Qoşunlar

arrow Ətraflı
Bakıda turistin sənədlərini, like
  • 10 Avq 17:07  
Kriminal Bakıda turistin sənədlərini,

Bakıda turistin sənədlərini oğurlayıblar.

arrow Ətraflı
32-ci Beynəlxalq İnformatika Olimpiadası Sinqapurda keçiriləcək like
  • 10 Avq 16:59  
Digərləri 32-ci Beynəlxalq İnformatika Olimpiadası Sinqapurda keçiriləcək

Bu gün Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadasının bağlanış mər

arrow Ətraflı
Neft tankeri partladı: like
  • 10 Avq 16:54  
Dünya Neft tankeri partladı:

Afrika ölkəsi olan Tanzaniyada güclü partlayış baş verib.

arrow Ətraflı
Türkiyə Kiprin şimalında neft-qaz yataqlarının kəşfiyyatını dayandırmayacaq like
  • 10 Avq 16:48  
Digərləri Türkiyə Kiprin şimalında neft-qaz yataqlarının kəşfiyyatını dayandırmayacaq

Türkiyənin “Yavuz” geoloji kəşfiyyat gəmisi Şimali Kiprin sahillərind

arrow Ətraflı
Myanmada torpaq sürüşməsi: like
  • 10 Avq 16:41  
Dünya Myanmada torpaq sürüşməsi:

Myanmanın Mon ştatında torpaq sürüşməsi nəticəsində həlak olan insanl

arrow Ətraflı
İsmayıllıda qəza - 1 ölü like
  • 10 Avq 16:36  
Digərləri İsmayıllıda qəza - 1 ölü

İsmayıllı rayonunun Quşencə kəndi ərazisində yol-nəqliyyat hadisəsi ou

arrow Ətraflı
Tovuzda “07” ilə “Ford” toqquşdu: like
  • 10 Avq 16:34  
Digərləri Tovuzda “07” ilə “Ford” toqquşdu:

Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat had

arrow Ətraflı
İradədən həyat yoldaşına sevgi ETİRAFI: like
  • 10 Avq 16:28  
Şou-biznes İradədən həyat yoldaşına sevgi ETİRAFI:

Türkiyədə yaşayan müğənni İradə İbrahimova həyat yoldaşının doğum

arrow Ətraflı
İranın Ali lideri müsəlmanlara çağırış etdi: "Bunun əleyhinə çıxın!" like
  • 10 Avq 16:21  
Dünya İranın Ali lideri müsəlmanlara çağırış etdi: "Bunun əleyhinə çıxın!"

İranın Ali dini lideri Əli Xamenei bütün müsəlmanları ABŞ-ın Fələsti

arrow Ətraflı