Açinskdə yaralananların sayı artdı


Dünya 10 Avq 2019 15:55:00 206 0

Açinskdə yaralananların sayı artdı

Rusiyanın Krasnodar əyalətinin Açinsk şəhərində hərbi bazada baş verən təkrar partlayış nəticəsində yaralananların sayı artıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onların sayı 12-ə çatıb. Xəsarət alanlar arasında uşaqlar yoxdur.

Yaralananlardan 4-nün vəziyyəti orta ağır qiymətləndirilir. Digər 8 nəfər isə ambulator müalicəyə buraxılıb.

Xatırladaq ki, avqustun 5-də hərbi bazada partlayış nəticəsində bir nəfər ölmüşdü. Partlayışa səbəb kimi insan faktoru göstərilmişdi.