Qətl törədib 11 il “yatdı”, çıxıb 3 ay sonra bacılarını doğradı...


Kriminal 10 Avq 2019 15:29:00 209 0

Qətl törədib 11 il “yatdı”, çıxıb 3 ay sonra bacılarını doğradı...

Avqustun 9-da məhkəmə Bakının Buzovna qəsəbəsində iki bacısını qətlə yetirən keçmiş məhkumu yenidən türməyə yola salıb, bu dəfə ömürlük.

Belə görünür ki, 11 illik həbsxana həyatı Muxtar Əlimanovu islah etməyib, azadlığa çıxandan cəmi 3 ay sonra yenidən qətl törədib. Bu dəfə əlini doğma bacılarının qanına bulayıb. Mübahisə isə torpaq üstündə yaranıb. Törətdiyi əmələ bacılarının onu təhqir etməsi ilə haqq qazandırmağa çalışır. İki bacının qatilinə məhkəməsi ötən gün yekunlaşıb, ona hökm oxunub.

Adam öldürdüyünə görə həbs olunan, bu ilin yanvarında azadlığa çıxan qardaş özündən yaşca böyük olan bacıları ilə torpaq üstündə mübahisə edib, dava-dalaş salıb. Bacılarının onun ünvanına söyüş söyməsinə həzm edə bilməyən Muxtar bıçağa əl atıb. "Mən sizin əcəlinizəm, hamınızı öldürəcəyəm" deyərək Səadətə və Məlahətə azyaşlı uşaqların gözü önündə çoxsaylı zərbələr endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində bacılarını qətlə yetirməkdə ittiham olunan Bakı şəhər sakini, 43 yaşlı Muxtar Əlimanovun cinayət işi üzrə məhkəmə prosesi  dünən yekunlaşıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə bu il aprelin 15-də Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsi ev 68 ünvanında baş verib. Bir neçə ay əvvəl həbsxanadan azadlığa buraxılan M.Əlimanov bacısı Məlahətdən mənzilə qeydiyyata düşmək istədiyini, mülkiyyətində olan torpaq sahəsindən ona da pay ayrılmasını və ev tikmək niyyətində olduğunu deyib.

M. Əlimanova isə qardaşına sənədləri hazırladıqdan sonra ona xəbər edəcəyini bildirib. Bacısının onu aldatdığını düşünən Muxtar onunla mübahisə edib. Qardaş-bacı arasındakı mübahisə qanla sonuclanıb. İnsidentə müdaxilə edən digər bacıları Səadətin qardaşının ünvanına söyüş söyməsi və "sənin torpaq payın yoxdur" deyib onu evdən qovması Muxtarın bıçağa əl atmasına səbəb olub. O, mətbəxdən götürdüyü bıçaqla Səadətə çoxsaylı zərbələr endirib. Bacısını qorumağa çalışan Məlahət özü də qardaşının bıçaq zərbələrinə tuş gəlib.

"Son beş ildə bacılarımın heç biri yanıma gəlmirdilər"

Təqsirləndirilən Muxtar Əlimanov ifadəsində 22 il əvvəl Buzovnadan 24 sot torpaq aldıqlarını, bacıları və qardaşı Əflatunla birgə həmin torpaq sahəsində ev tikdiklərini göstərib. Hamının bir evdə yaşaması mümkün olmadığından Muxtar özünə ayrıca ev tikməyi qərara alıb. Lakin maddi imkanı yaxşı olmadığından tikinti işləri yarımçıq qalıb. Bir müddət sonra isə adam öldürdüyünə görə həbs edilib, 11 il cəza alıb.

"Həbsxanada olanda bacılarım arada yanıma gəlirdilər. Torpaq sahəsi ilə bağlı müəyyən tələblər irəli sürürdülər, razılaşırdım. Həbsxana həyatı çətin olduğundan bir söz demirdim. Mənə də köməklik etmələrini xahiş edirdim. Məlahətgil torpağın 5 sotunu satsalar da, məndən gizlədirdilər. Onların məni aldatdıqlarını torpaq sahəsini ələ keçirmək niyyətində olduqlarını artıq başa düşmüşdüm. Son beş ildə isə bacılarımın heç biri yanıma gəlib-getmirdilər",-iki bacısının qatili ifadəsində soyuqqanlıqla baş verənləri danışıb.

"Qalmağa yerim yox idi, məni də qeydiyyata salmasını istəyirdim"

M.Əlimanovun ifadəsinə görə, bu il yanvarın 11-də cəzasını çəkib azadlığa çıxıb. Onu qardaşı Əflatun qarşılayaraq evə aparıb. Həbsxanadan qayıdan Muxtarla bacıları soyuq davranıblar. Muxtar bacısı Məlahətə qalmağa yeri olmadığını, onu da qeydiyyata salmalarını, torpaq sahəsindən pay ayırmalarını xahiş edib. Məlahət isə torpaq sahəsinə qeydiyyat şəhadətnaməsi almadıqların, buna maddi imkanı olmadığını deyib: "Məlahətin yenə məni aldatdığını başa düşdüm. Ona yalvardım, dedim ki, mən də istəyirəm kiçik bir torpaq sahəmdə özümün evim olsun. Hər dəfə bir bəhanə gətirir, yalan vədlər verirdi. Həm də Rusiyada yaşayan qardaşım qızı Həbibə xərçəng xəstəsi idi. Özümə aid olan torpaq sahəsindən satıb onun müalicəsinə də kömək etmək istəyirdim. Bu barədə Məlahətə də demişdim, yenə nəticəsi olmamışdı. Mələhət hər şeyi Səadətlə məsləhətləşirdi. Səadət onu öyrədirdi, bu da mənim xoşuma gəlmirdi".

"Polis çağırıb məni tutduracağı ilə hədələdi"