Atambayev istintaqla əməkdaşlıqdan imtina etdi


Dünya 10 Avq 2019 15:10:00 219 0

Atambayev istintaqla əməkdaşlıqdan imtina etdi

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev istintaq orqanları ilə əməkdaşlıq etməkdən imtina edib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "İnterfaks" eks-prezidentin vəkili Sergey Slesaryevə istinadla məlumat yayıb. 

O bildirib ki, Atambayev hüquqlarının pozulduğunu bəyan edir. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs öz rəsmi nümayəndəsindən savayı, heç kimlə ünsiyyətə girmək istəmir. 

Atambayev qeyri-qanuni hərəkətlərə görə istintaq komitəsinin üzvləri ilə belə danışmaq istəmədiyini deyib. 

O, öz hüquqlarının bərpasını, Konstitusiya və Cinayət Məcəlləsi kodekslərinə əməl edilməsini tələb edib.