İzmirdən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş edib


Digərləri 10 Avq 2019 15:00:00 209 0

İzmirdən Bakıya uçan təyyarə Gəncədə məcburi eniş edib

"Buta Airways"ə məxsus İzmirdən Bakıya uçan sərnişin təyyarəsi Gəncə beynəlxalq aeroportunda məcburi eniş edib.

Bakı. Elçin Mehdiyev - "Buta Airways"ə məxsus İzmirdən Bakıya uçan sərnişin təyyarəsi Gəncə beynəlxalq aeroportunda məcburi eniş edib. Trend-in məlumatına görə, təcili enişə səbəb sərnişinlərdən birinin halının pisləşməsi olub. Göyərtəsində 102 sərnişin olan təyyarə Bakı vaxtı ilə saat 13:42-də Gəncəyə enib. Sərnişinə təcili tibbi yardım göstərilib. Təyyarənin yaxın dəqiqələrdə uçuşa davam edəcəyi gözlənilir.