İranda qum qasırğası 465 nəfəri xəstəxanalıq edib


Digərləri 10 Avq 2019 14:44:00 181 0

İranda qum qasırğası 465 nəfəri xəstəxanalıq edib

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində son günlər qum qasırğası nəticəsində 465 nəfər xəstəxanaya müraciət edib.

Bakı. Elnur Bağışov - İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində son günlər qum qasırğası nəticəsində 465 nəfər xəstəxanaya müraciət edib. Trend-in məlumatına görə, bunu vilayətin Fövqəladə hallar idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib. Ə.Şəhnəvazinin sözlərinə görə, pasiyentlər nəfəs, göz və ürək çatışmazlığına görə müraciət ediblər. Müraciət edənlərdən 127-i stasionar müalicəyə götürülüb.