AYİB Azərbaycanda “yaşıl” layihələrin reallaşdırılması üçün ayrılan kreditin məbləğini açıqlayıb


Digərləri 10 Avq 2019 14:11:00 212 0

AYİB Azərbaycanda “yaşıl” layihələrin reallaşdırılması üçün ayrılan kreditin məbləğini açıqlayıb

Bu günədək Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Azərbaycanda 26 "yaşıl" layihənin reallaşdırılması üçün 350 milyon avro ayrılıb.

Son.az xəbər verir ki, bunu Trend-ə bankdan bildiriblər.

Bankdan Azərbaycanda elektronika və məişət texnikası sahəsində lider şirkət olan "Baku Electronics"ə göstərilən dəstək barədə danışıblar:

"Baku Electronics" və AYİB uzun müddətdir ki, əməkdaşlıq edir. Əməkdaşlıq 2007-ci ildə, "Baku Electronics" yeni mağazanın tikintisinin maliyyələşməsi üçün birinci kreditini alanda başlayıb. AYİB şirkəti 2010 və 2012-ci illərdə daha iki borcla dəstəkləyib və onun fəaliyyətinin genişlənməsinə kömək edib".

AYİB-dən bildiriblər ki, 2013-cü ildə fəaliyyətinin genişlənməsi nəticəsində "Baku Electronics" investisiya proqramını hazırlayıb. Bu proqram bankın 13 milyon dollarlıq krediti ilə maliyyələşmiş yeni texnologiya mağazalarının tikintisini nəzərdə tutub: