Keçmiş məhkumdan 31 büküm heroin götürülüb (FOTO)


Digərləri 10 Avq 2019 13:35:14 177 0

Keçmiş məhkumdan 31 büküm heroin götürülüb (FOTO)

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Bakı. Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini əvvəllər məhkum olunmuş Vüqar Səmədov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 31 bükümdə olan heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirinin davamı olaraq ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu aşkar edilərək götürülüb.