Zakir Həsənov: Azərbaycanın dövlət quruculuğunda prioritet məsələ sayılan ordu quruculuğu yüksək səviyyədə inkişaf etdirilir


Digərləri 10 Avq 2019 11:18:00 53 0

Zakir Həsənov: Azərbaycanın dövlət quruculuğunda prioritet məsələ sayılan ordu quruculuğu yüksək səviyyədə inkişaf etdirilir

Azərbaycan Respublikasının Müdafiə naziri Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Bakı. Elçin Mehdiyev - Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Trend-in məlumatına görə, təbrikdə deyilir: "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Müsəlmanların mənəvi birlik və həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində xüsusilə, müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasının dövlət səviyyəsində təmin edilməsi sayəsində xeyirxahlıq, insanpərvərlik rəmzi olan Qurban bayramı ölkəmizdə böyük sevgi və mənəvi coşqu ilə qarşılanır, dövlət səviyyəsində və ümumxalq bayramı kimi qeyd olunur. Ulu Öndərin ideyalarını sədaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu xarici və daxili siyasəti nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları daima möhkəmlənir, Azərbaycan dünyada daha dinamik səviyyədə inkişaf edən, islami və bəşəri dəyərlərə böyük hörmətlə yanaşılan, multikultural mühitin formalaşdığı tolerant dövlət kimi tanınır. Azərbaycanın dövlət quruculuğunda prioritet məsələ sayılan ordu quruculuğu da ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə inkişaf etdirilir, inamlı islahatlar keçirilir, ordunun maddi-texniki təminatının daha da güclənməsi, müasir hərbi infrastrukturların qurulması ilə əlaqədar addımlar atılır. Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması, hərbi qulluqçuların mütəmadi olaraq xidməti və daimi mənzillərlə təmin edilməsi, onların maddi, sosial-məişət, xidmət şəraitlərinin daha da yaxşılaşdırılması və dövlət başçısının digər güzəştlərlə bağlı verdiyi sərəncamlar isə Ordumuzun daima diqqət mərkəzində saxlandığına əyani sübutdur. Bu müqəddəs bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizi ehtiramla yad edir, müqəddəs amal naminə sağlamlığını itirmiş hərbi qulluqçuları, veteranlarımızı və onların ailə üzvlərini də Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamə­lə­rə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığınızı daha da gücləndirəcəksiniz. Sizi müqəddəs Qurban bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə nailiyyətlər arzulayıram. Qurban bayramınız mübarək olsun!" Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq like
  • 10 Avq 11:16  
Digərləri Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq

Qurban bayramı ilə əlaqədar müəyyən edilmiş heyvan satışı və kəsimi

arrow Ətraflı
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib like
  • 10 Avq 11:13  
Digərləri Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov

arrow Ətraflı
Bakıda iki gənc bıçaqlandı like
  • 10 Avq 11:09  
Kriminal Bakıda iki gənc bıçaqlandı

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Şimali Koreya Yapon dənizinə iki ballistik raket atdı like
  • 10 Avq 11:03  
Dünya Şimali Koreya Yapon dənizinə iki ballistik raket atdı

Şimali Koreya avqustun 10-da növbəti dəfə iki raket sınağı həyata keçi

arrow Ətraflı
Qazax Sement Zavodu MMC Qurban bayramı münasibətilə tədbirlər keçirib (FOTO) like
  • 10 Avq 11:00  
Digərləri Qazax Sement Zavodu MMC Qurban bayramı münasibətilə tədbirlər keçirib (FOTO)

Qazax Sement Zavodu MMC Qurban bayramı münasibətilə tədbirlər keçirmişdi

arrow Ətraflı
Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq like
  • 10 Avq 10:55  
Digərləri Qurban bayramı ilə əlaqədar bu xidmət ödənişsiz olacaq

Qurban bayramı ilə əlaqədar müəyyən edilmiş heyvan satışı və kəsimi

arrow Ətraflı
Əbubəkr Bağdadi varisini elan etdi like
  • 10 Avq 10:50  
Dünya Əbubəkr Bağdadi varisini elan etdi

"İraq və Şam İslam Dövləti"( İŞİD) terror təşkilatının li

arrow Ətraflı
Rəqqasə prezidentliyə namizəd oldu  FOTO like
  • 10 Avq 10:43  
Dünya Rəqqasə prezidentliyə namizəd oldu FOTO

Tunisdə 21 yaşlı effektli şouları ilə tanınan müğənni və göbək rəq

arrow Ətraflı
Qurban bayramı ərəfəsində əhaliyə mühüm like
  • 10 Avq 10:37  
Digərləri Qurban bayramı ərəfəsində əhaliyə mühüm

Qurban bayramı ilə bağlı aidiyyəti qurumların mətbuat katibləri və 50-d

arrow Ətraflı
Aygünün sinə dekoltesinə bu dəfə tərif yağdı like
  • 10 Avq 10:30  
Şou-biznes Aygünün sinə dekoltesinə bu dəfə tərif yağdı

Xalq artisti Aygün Kazımova yeni görüntülərini izləyiciləri ilə bölü

arrow Ətraflı
Qurban bayramı ərəfəsində əhaliyə mühüm ÇAĞIRIŞ edildi like
  • 10 Avq 10:25  
Digərləri Qurban bayramı ərəfəsində əhaliyə mühüm ÇAĞIRIŞ edildi

Qurban bayramı ilə bağlı aidiyyəti qurumların mətbuat katibləri və 50-d

arrow Ətraflı
İranın Şərqi Azərbaycanında elektrik stansiyası istismara veriləcək like
  • 10 Avq 10:18  
Dünya İranın Şərqi Azərbaycanında elektrik stansiyası istismara veriləcək

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Heris rayonunda

arrow Ətraflı
İranın Şərqi Azərbaycanında elektrik stansiyası istismara veriləcək like
  • 10 Avq 10:10  
Digərləri İranın Şərqi Azərbaycanında elektrik stansiyası istismara veriləcək

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Heris rayonunda

arrow Ətraflı