Ledi Qaqa məhkəməyə verildi


Digərləri 10 Avq 2019 09:28:00 236 0

Ledi Qaqa məhkəməyə verildi

ABŞ musiqiçisi Stiv Ronsen müğənni və aktrisa Ledi Qaqadan məhkəməyə şikayət edib. 

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Page Six" nəşri yazıb.

Ronsen ifaçını plagiatda ittiham edib. Onun fikrinə görə, "Ulduz doğuldu" filmində səsləndirilən "Shallow" mahnısının musiqisinin bir hissəsi onun 2012-ci ildə ərsəyə gətirdiyi "Almost" kompozisiyasından oğurlanıb. Musiqiçinin vəkili bildirib ki, müstəqil musiqişünas professor da mahnıların oxşarlığını təsdiqləyib.

Müğənninin nümayəndələri bildiriblər ki, sözügedən hissəyə "Dust In The Wind" mahnısında da rast gəlmək olar. "Ronsen uğurlu insanın vasitəsi ilə asan yolla pul qazanmaq istəyir. Bu, biabırçılıq və səhvdir", - deyə müğənninin vəkili Orin Snayder qeyd edib. 

(adsgarden = window.adsgarden || []).push({});