Londonun ən bahalı boşanma məhkəməsi başlayır FOTO


Digərləri 10 Avq 2019 09:12:00 209 0

Londonun ən bahalı boşanma məhkəməsi başlayır  FOTO

Rusiyalı milyarder Vladimir Potaninin keçmiş həyat yoldaşı Natalya əmlak bölgüsü tələbi ilə London Ali Məhkəməsinə müraciət edib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, biznesmenin eks-arvadı ondan 7 milyard dollar dəyərində əmlak tələb edir. Nəşr yazır ki, bununla da Vladimirlə Natalyanın ayrılma prosesi London məhkəmə tarixində ən bahalı boşanma kimi düşə bilər.

58 yaşlı Natalya Potanina özünə krallığın vəkili Çarlz Hovardı, Vladimir Potanin isə Fiona Şekltonu tutub.

Xatırladaq ki, Potaninlərin nikahı 30 illik ailə həyatından sonra 2014-cü ilin fevralında pozlub. Natalya 2017-ci ildə Moskva məhkəməsinə 217 və 849 milyard rublluq iddia ilə müraciət etsə də, onun tələbi yerinə yetirilməmişdi. Bundan sonra biznesmenin arvadı əmlak bölgüsü tələbi ilə Böyük Britaniya məhkəməsinə müraciət edib.

(adsgarden = window.adsgarden || []).push({});