Yaponiyada sərnişin dronu sınaqdan keçirilib


Digərləri 10 Avq 2019 08:59:00 254 0

Yaponiyada sərnişin dronu sınaqdan keçirilib

Yaponiyanın "NEC" korporasiyası sərnişinlər üçün nəzərdə tutulmuş pilotsuz təyyarə prototipinin uçuş sınaqlarını keçirib. Qısa nümayiş uçuşu Tokionun ətrafında yerləşən sınaq poliqonunda keçirilib: təxminən 3 metr hündürlüyə qalxan "uçan avtomobil" 1 dəqiqə havada qalıb və sonra yerə enib.   Son.az ICTnews-a istinadən bildirir ki, aparat təhlükəsizlik məqsədilə hər bir tərəfi hasarlanmış "qəfəs"də sınaqdan keçirilib, onun quyruq hissəsi isə burazla yerə bağlanıb. Bundan başqa, hava nəqliyyatının bortunda heç kim olmayıb.   "Yaponiya - əhalisi sıx məskunlaşmış ölkədir, bu səbəbdən uçan avtomobillər ictimai yollara düşən yükü xeyli azalda bilər" - "NEC" layihəsinin rəhbərlərindən biri olan Kudji Okada deyib. Yaponiya hakimiyyətinin gözləntisinə görə, 2023-cü ilədək belə pilotsuz təyyarələr malların çatdırılması, sonralar isə sərnişin daşınması ilə məşğul olacaq. "NEC"-in tərəfdaşı olan "Cartivator" şirkəti 2026-cı ildə "uçan maşınlar"ın kütləvi istehsalına başlamağı planlaşdırır. Son.az

(adsgarden = window.adsgarden || []).push({});