Nigeriya sahillərində girov götürülən türk dənizçilər azad edilib


Dünya 10 Avq 2019 08:43:00 245 0

Nigeriya sahillərində girov götürülən türk dənizçilər azad edilib

Nigeriya sahillərində dəniz quldurları tərəfindən girov götürülən 10 türk dənizçi azad edilib.

Son.az Trend-ə istinadən bildirir ki, azad edilən dənizçilərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Xatırladaq ki, iyulun 13-ü Nigeriya sahillərində Türkiyə bayrağı altında üzən "Paksoy-I" gəmisinə dəniz quldurları tərəfindən silahlı hücum edilib. Hücum zamanı gəmidə 18 nəfər olub və onlardan 10-u girov götürülb.