Alibaba elektron nikah şəhadətnaməsi təqdim edir


Digərləri 10 Avq 2019 08:46:00 239 0

Alibaba elektron nikah şəhadətnaməsi təqdim edir

İnsanlar evləndikdə aldıqları rəsmi sənəd olan nikah şəhadətnaməsinin yanlarında olması bəzi məqamlarda vacib olur.

Son.az chip.az-a istinadən bildirir ki, Çinin ən məşhur ödəniş platforması olan Alipay istifadəçiləri vacib sənədlərini özləri ilə daşımaq məcburiyyətində deyil. Alipay vasitəsi ilə elektron sənəd əldə edən istifadəçilər bu sənədlərdən orijinal kimi istifadə edə bilərlər. İndi əldə edilə bilən sənədlərə nikah şəhadətnaməsi əlavə edildi.

Alibaba Group-un alt markası olan Alipay, mobil vasitəsi ilə onlayn ödənişləri həyata keçirən bir təşkilatdır. Alipay, yeni imkanları ilə istifadəşilərinin işini daha da asanlaşdırır. Belə ki, Çində əmlak əməliyyatlarında, uşağın məktəbə qeydiyyatında, kredit çəkərkən evlilik vəsiqəsinə ehtiyyac olur ki, Alipay sayəsində vəsiqəni telefonunuzda gəzdirə biləcəksiniz.

Bu rəsmi rəsmi elektron nikah şəhadətnaməsi artıq Şərqi Çinin Fujian, Jiangxi, Jiangsu və Zhejiang şəhərlərində və Çinin Cənub-Qərbi Çongqing Bələdiyyəsi daxilində istifadəyə verilib.

(adsgarden = window.adsgarden || []).push({});