Uşaqlara neçə yaşından smartfon alınmalıdır?


Digərləri 10 Avq 2019 08:25:00 237 0

Uşaqlara neçə yaşından smartfon alınmalıdır?

Az yaşlı uşaqlar rəqəmsal dünyanın bir hissəsi olmaq istəyirlər. Mütəxəssislər, valideynlərin bu mövzuda riayət etməli olduğu qızıl qaydaların olduğunu vurğulayır.

Ağıllı telefon və planşetlərdən istifadə yaşı artıq enir. Bir çox valideyn, az yaşlı uşaqlarının rəqəmsal dünyanın bir hissəsi olmaq istəyi ilə nə edəcəyini bilmir.

Bir uşağa bir smartfon və ya tablet kompüteri almaq üçün ən uyğun yaş hansıdır? Ağıllı telefon alarkən hansı meyarlara diqqət yetirmək lazımdır? Uşaqları rəqəmsal dünyanın təhlükələrindən necə qorumaq olar?

Valideynlər, bu suallara cavab axtararaq, uşaqların erkən yaşlarından başlayaraq ağıllı telefona sahib olmalı olduqlarının və bunun nə vaxt reallaşdırılacağını bilmək istəyirlər.

Son.az chip.az-a istinadən bu istiqamətdə aparılan araşdırmlaraın nəticələrinə əsasən mütəxəssislərin məsləhətlərini sizə təqdim edir:

Məktəbə getməyə başlayan uşaq telefondan istifadə edə bilərmi?

"Uşaqların da rəqəmsal istifadə hüququ var" deyən Alman İnformasiya İqtisadiyyatı, Telekommunikasiya və Yeni Media Dərnəyinin (BITKOM) prezidenti Achim Berg-in sözlərinə görə, ibtidai sinif şagirdləri də ağıllı telefonlardan istifadə etməlidirlər. Ancaq bir çox mütəxəssis, xüsusən Federal Ailə Nazirliyi, ibtidai sinif uşaqları üçün ağıllı telefon almağı məqsədəuyğun hesab etmir.

Niyə 11 yaşından kiçik uşaqlara mobil telefon alınmamalıdır?

Alman Ailə Nazirliyinin mütəxəssisləri 11 yaşına çatmamış uşaqların ağıllı telefon tətbiqlərini məqsədli və düşünərək idarə edə bilmədiklərini qeyd edirlər.

Mütəxəssislər, valideynlərin uşaqları qorumaq üçün məsuliyyət daşıdıqlarını vurğulayır və az yaşlı uşaqların internetdə və virtual aləmdə üzləşə biləcək təhlükə və təhdidlərdən qorunmaları barədə xəbərdarlıq edir.

(adsgarden = window.adsgarden || []).push({});