"Lekima" qasrğası Çinin şərq sahilinə çatıb


Dünya 10 Avq 2019 08:12:00 227 0

"Lekima" qasrğası Çinin şərq sahilinə çatıb

Bu mövsümün sayca doqquzuncu qasırğası "Lekima" Çinin şərq sahilinə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, "Lekima" ölkənin şərq vilayəti Çjetszyana çatıb və qasırğa daxilində küləyin sürəti saniyədə 50 metrə qədər çatır.

"Xinhua" agentliyinin məlumatına əsasən, Tayvan adasında qasırğa nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb, minlərlə ev elektrik enerjisiz qalıb.

Qeyd edək ki, daha əvvəl Çində qasırğanın yaxınlaşamsı ilə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edilmişdi.