Ankara və Vaşinqton Suriyanı müzakirə ediblər


Dünya 10 Avq 2019 08:08:00 206 0

Ankara və Vaşinqton Suriyanı müzakirə ediblər

Türkiyə prezidentinin mərbuat katibi İbrahim Kalın və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında telefon danışığı olub.

Son.az Trend-ə istinadən bildirir ki, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər.

İ.Kalın və C.Bolton həmçinin Suriyanın şimalında təhlükəsizlik zonasının, Suriya üzrə Türkiyə-ABŞ birgə əməliyyatlar mərkəzinin yaradılmasını və iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması ətrafında fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı Suriyanın şimalında təhlükəsizlik zonasının ən qısa müddətdə yaradılmasının vacibliyi vurğulanıb.