Suriyada terrorçularla toqquşmalarda 10 hərbçi həlak olub


Dünya 10 Avq 2019 07:22:00 214 0

Suriyada terrorçularla toqquşmalarda 10 hərbçi həlak olub

Türrorçular Suriyanın Əbu-Dəli yaşayış məntəqəsini atəşə tutublar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

Onun sözlərinə görə, terrorçular yaşayış məntəqəsini atəşə tutması nəticəsində 1 dinc sakin həlak olub, 2-si isə yaralanıb: "Daha sonra terrorçular bu ərazidə yerləşən Suriya ordusunun mövqelərinə hücum ediblər. Hökumət qoşunları hücum qarşısını ala bilib".

A.Bakin qeyd edib ki, terrorçularla toqquşma zamanı 10 hərbçi həlak olub, 21-i isə yaralanıb.