Ankara və Vaşinqton Suriyanı müzakirə ediblər


Digərləri 10 Avq 2019 01:15:00 217 0

Ankara və Vaşinqton Suriyanı müzakirə ediblər

Türkiyə prezidentinin mərbuat katibi İbrahim Kalın və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında telefon danışığı olub

Bakı. Türkiyə prezidentinin mərbuat katibi İbrahim Kalın və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında telefon danışığı olub. Trend-in Türkiyə KİV-lərinə isitnadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər. İ.Kalın və C.Bolton həmçinin Suriyanın şimalında təhlükəsizlik zonasının, Suriya üzrə Türkiyə-ABŞ birgə əməliyyatlar mərkəzinin yaradılmasını və iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması ətrafında fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı Suriyanın şimalında təhlükəsizlik zonasının ən qısa müddətdə yaradılmasının vacibliyi vurğulanıb.