Qaradağda avtomobillə vurulan Sabirabad sakini yerindəcə ölüb


Digərləri 10 Avq 2019 00:43:00 214 0

Qaradağda avtomobillə vurulan Sabirabad sakini yerindəcə ölüb

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 8-də saat 14 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Neftçala rayon sakini Ə.Kərimov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini Novruz Novruzovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.