"VAZ" ağaca çırpılıb, xəsarət alan var


Digərləri 09 Avq 2019 23:52:00 235 0

"VAZ" ağaca çırpılıb, xəsarət alan var

Fövqəladə Hallah Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, İsmayıllı rayonu, İsmayıllı-Qaraməryəm yolunun 7-ci kilometrliyində "VAZ" markalı minik avtomobili ağaca çırpılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​