Məşhur aktrisa gözqamaşdırıcı ziyafət libasında FOTO


Digərləri 09 Avq 2019 23:40:00 271 0

Məşhur aktrisa gözqamaşdırıcı ziyafət libasında  FOTO

İspan əsilli aktrisa Penelopa Kruz cəlbedici geyimi ilə göz qamaşdırıb.

Son.az xəbər verir ki, ötən gün 69 yaşlı ispaniyalı rejissor Pedro Almodovar İngiltərənin paytaxtında yeni çəkdiyi "Ağrı və şöhrət" filmini təqdim edib.

Ekran işinin yaradıcısı ilə birlikdə aparıcı aktyorlar - 45 yaşlı Penelope Kruz və 58 yaşlı Antonio Banderas qırmızı xalçaya çıxıb, fotoqraflara poza verib.

Sonuncu dəfə yaradıcı heyət işlərinin isti qarşılandığı Kann Film Festivalında bir araya gəlmişdi. Banderas festivalda "Ən Yaxşı Aktyor" mükafatına layiq görülmüşdü. "Ağrı və Şöhrət" Kruzun rejissorun filmində rol aldığı altıncı filmidir. O həmçinin Londonda premyeranın əsas ulduzuna çevrilib.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar