Bu ölkədə ərzaq məhsulları Avropada ən baha qiymətə satılır


Dünya 09 Avq 2019 23:27:00 108 0

Bu ölkədə ərzaq məhsulları Avropada ən baha qiymətə satılır

Norveçdə ərzaq məhsulları Avropada ən baha qiymətə satılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avropa İttifaqının statistika xidməti - "Avrostat" tərəfindən aparılmış "Avropada alıcılıq qabiliyyətinin təhlili" adlı yeni tədqiqatda alınan nəticələr belədir. Araşdırma nəticəsində məlum olub ki, Norveçdə qida məhsullarının və alkoqolsuz içkilərin qiymətləri Avropada ən yüksək səviyyədədir. Bununla belə, digər Avropa ölkələrinin əksəriyyətinin sakinlərindən fərqli olaraq norveçlilərin ərzağa sərf etdiyi vəsait onların ümumi xərclərinin az bir hissəsini təşkil edir.

Tədqiqatçılar qeyd edirlər ki, Skandinaviya ölkələrinin hamısında ərzaq məhsulları Avropa üzrə orta qiymətdən bahadır. Lakin qida məhsullarının və alkoqolsuz içkilərin qiymət səviyyəsi Norveçdə Aİ üzrə orta qiymətdən 63 faiz yüksəkdir. Bu göstərici üzrə Norveçdən sonrakı yerləri İsveçrə və İslandiya tutur.

Bütövlükdə, Norveçdə qiymətlər İsveçdəkindən 40 faiz, Danimarkadakından 25 faiz, Finlandiyadakından 36 faiz, İslandiyadakından 10 faiz yüksəkdir. Lakin Norveçdə baha olan təkcə qida məhsulları deyil. Krallıqda tütünün qiyməti hər hansı başqa Avropa ölkəsindəki qiymətdən yüksəkdir. Bu göstərici üzrə sonrakı yerləri, müvafiq surətdə Böyük Britaniya, İrlandiya və İslandiya tutur.

Lakin Norveç hər bir kateqoriya üzrə ən bahalı ölkə deyil. Müəyyən kateqoriyalarda bu ölkə daha aşağı mövqedədir. Ən gözlənilməz sürpriz alkoqollu içkilər kateqoriyası olub: bu kateqoriyada reytinq cədvəlinin birinci sətrində İslandiya gedir.

London işıqsız qaldı like
  • 09 Avq 23:20  
Dünya London işıqsız qaldı

Londonun əksər rayonlarına və Midlendə elektrik enerjisinin verilişi dayan

arrow Ətraflı
Ailəsi ilə dövlət hesabına səyahət edən Polşa Seyminin sədri istefa verib like
  • 09 Avq 23:10  
Dünya Ailəsi ilə dövlət hesabına səyahət edən Polşa Seyminin sədri istefa verib

Ailəsi ilə birlikdə hökumət təyyarələri və helikopterlərində dövlət

arrow Ətraflı
"Qran-pri"də İslam Bazarqanov gümüş, Həsən Əliyev bürünc medal qazanıb like
  • 09 Avq 23:05  
Digərləri "Qran-pri"də İslam Bazarqanov gümüş, Həsən Əliyev bürünc medal qazanıb

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xat

arrow Ətraflı
Ekspert: "İqlim dəyişkənliyi sonrakı illərdə də davam edəcəksə..." like
  • 09 Avq 23:00  
Digərləri Ekspert: "İqlim dəyişkənliyi sonrakı illərdə də davam edəcəksə..."

Dünyada gedən qlobal iqlim dəyişmələrinin əlamətlərini bu il daha aydı

arrow Ətraflı
Göz xəstəlikləri arasında refraksiya patologiyaları daha geniş yayılıb like
  • 09 Avq 22:44  
Digərləri Göz xəstəlikləri arasında refraksiya patologiyaları daha geniş yayılıb

8 avqust Beynəlxalq Oftalmologiya Günü idi. İlk dəfə oftalmoloqlar öz pe

arrow Ətraflı
Maşın piyadanı öldürdü like
  • 09 Avq 22:40  
Digərləri Maşın piyadanı öldürdü

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Bu gün Goranboy və Şamaxının 2 kəndinə qaz verilib like
  • 09 Avq 22:38  
Digərləri Bu gün Goranboy və Şamaxının 2 kəndinə qaz verilib

Bu gün qazlaşdırma işləri başa çatdırılmış Goranboy rayonunun Gülmə

arrow Ətraflı
Tramp məzuniyyətini harada keçirəcək? like
  • 09 Avq 22:30  
Dünya Tramp məzuniyyətini harada keçirəcək?

ABŞ prezidenti Donald Tramp məzuniyyətə çıxıb.

arrow Ətraflı
Mənzildən qadın meyiti tapılıb like
  • 09 Avq 22:25  
Digərləri Mənzildən qadın meyiti tapılıb

Fövqəladə Hallah Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərk

arrow Ətraflı
Ən bahalı at yarışları keçiriləcək like
  • 09 Avq 22:20  
Digərləri Ən bahalı at yarışları keçiriləcək

Səudiyyə Ərəbistanında ən bahalı at yarışları keçiriləcək. Son.az 

arrow Ətraflı
Bayramqabağı ölkədə qızıl bahalaşdı, gümüş isə... like
  • 09 Avq 22:15  
Digərləri Bayramqabağı ölkədə qızıl bahalaşdı, gümüş isə...

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

arrow Ətraflı