Kömür və sodalı diş məcunları zərərlidir Minanı dağıdır


Digərləri 09 Avq 2019 22:55:00 264 0

Kömür və sodalı diş məcunları zərərlidir  Minanı dağıdır

Son zamanlar trend olan, ağardıcı, təmizləyici effektinin çox olduğu hesab edilən yeni kömürlü və sodalı diş məcunlarının dişlərə zərərli olduğu üzə çıxıb. 

Son.az medicina.az-a istinadən bildirir ki, stomatoloqlar əvvəllər dişlərində problem olmayan insanlarda bu pastalardan istifadədən sonra kariyes, çürümə və emalın pozulması hallarının aşkarlanmasını bildirir. 

Avstriya Stomatoloqlar Assosiasiyasının rəhbəri deyir ki, yeni kömür və soda tərkibli məcunlar ftorlu deyil. Onlarda bir neçə kanserogen birləşmələr tapmaq mümkündür. Bu məcunlar dişləri ağartması ilə cəlbedici görünür, lakin bu zaman emal zədələnir.   Emalın eroziyası başladıqda isə kariyes və həssaslıq artır.

Bu pastaların tərkibi ağız içinin selikli qişası üçün də zərərlidir.

(adsgarden = window.adsgarden || []).push({});