Maşın piyadanı öldürdü


Digərləri 09 Avq 2019 22:40:00 209 0

Maşın piyadanı öldürdü

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndinə gedən yolda qeydə alınıb. Hərəkətdə olan "Vaz" markalı avtomobil piyada - Yeni həyat kənd sakini, təxminən 60 yaşlarında olan Hüseyn adlı kişini vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.