Bu gün Goranboy və Şamaxının 2 kəndinə qaz verilib


Digərləri 09 Avq 2019 22:38:00 272 0

Bu gün Goranboy və Şamaxının 2 kəndinə qaz verilib

Bu gün qazlaşdırma işləri başa çatdırılmış Goranboy rayonunun Gülməmmədli və Qarapirimli kəndlərinə təbii qaz verilib.

Bakı. Bu gün qazlaşdırma işləri başa çatdırılmış Goranboy rayonunun Gülməmmədli və Qarapirimli kəndlərinə təbii qaz verilib. Trend-in məlumatına görə, bu münasibətlə rayon rəhbərliyi və “Azəriqaz” İB nümayəndələrinin iştirakı ilə açılış mərasimi keçirilib. Qeyd edək ki, Gülməmmədli kəndində 48, Qarapirimli kəndində isə 58 abonentin evi qazlaşdırılıb. İşlərə bu il başlanılıb və hər bir fərdi mənzilin qaz kəməri üzərində qaz sayğacı quraşdırılıb. Bu gün, həmçinin, qazlaşdırma işləri başa çatdırılmış Şamaxı rayonunun Çıraqlı və Çöl-Göylər kəndlərinə təbii qaz verilib. Bu münasibətlə Çıraqlı kəndində rayon rəhbərliyi və “Azəriqaz” İB nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.