"Walmart" öz əməkdaşlarının petisiyasına baxmayaraq, silah satışını davam etdirəcək


Digərləri 09 Avq 2019 21:50:00 341 0

"Walmart" öz əməkdaşlarının petisiyasına baxmayaraq, silah satışını davam etdirəcək

"Walmart" administrasiyası avqustun 8-də bildirib ki, bu iri mağazalar şəbəkəsinə təzyiq göstərmək məqsədi ilə iki əməkdaşının başladığı etiraz aksiyası fonunda silah və silah sursatı satışını dayandırmağı planlaşdırmır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Tomas Marşall və Keyt Kesner El-Pasoda silahlı şəxsin "Walmart" mağazasına daxil olmasından sonra öz işəgötürənini silah satışını yenidən nəzərdən keçirməyə məcbur etmək məqsədi ilə belə bir kampaniyaya başlayıblar. "Walmart" əməkdaşlarının petisiyasında El-Pasoda gülləbaran, habelə iyulun 30-da Memfis qəsəbəsində "Walmart"da iki insanın öldürülməsi ilə nəticələnən daha bir insident xatırlanıb. Bu petisiya avqustun 8-nə qədər 44 min imza toplayıb.

(adsgarden = window.adsgarden || []).push({});