2 tona yaxın çətənə kolu məhv edilib


Digərləri 09 Avq 2019 21:20:00 251 0

2 tona yaxın çətənə kolu məhv edilib

Tovuz rayonunun Hunanlar kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən Hunanlar kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2 tona yaxın 2385 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.